Conson məzuniyyətini yarımçıq qoydu - Baş nazir postuna qayıtmağa çalışır

Conson məzuniyyətini yarımçıq qoydu - Baş nazir postuna qayıtmağa çalışır
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının yeni liderini və hökumət başçısını seçmək üçün kampaniyaya başlamaq məqsədilə bu gün məzuniyyətini yarımçıq qoyub.

Modern.az xəbər verir ki, “The Telegraph”ın məlumatına görə,  Conson bu gün Karib dənizindəki tətildən qayıdacaq, şənbə günü isə onun kampaniyasının tərəfdarları ilə görüşü keçiriləcək.

Conson artıq Mühafizəkar deputatları onu dəstəkləməyə çağıraraq, növbəti ümumi seçkidə qalib gələcəyini vəd edib.
 
Məlumata görə, keçmiş baş nazir digər potensial namizəd Rişi Sunakdan onunla əlaqə saxlamağı və hökumətdə yenidən birlikdə olmağı xahiş edib.

Yalnız 360-a yaxın deputatdan 100-nün dəstəyini alan namizəd seçkilərin birinci turuna çıxacaq. Namizədlərə lazımi səsləri toplamaq üçün bazar ertəsi saat 14:00-a qədər vaxt verilir.

Xatırladaq ki, indiyə kimi yalnız leyborist Harold Uilson və ondan əvvəl Uinston Çörçill Baş nazir postunu tərk etdikdən sonra ikinci müddətə geri qayıtmağı bacarmışdı.

Böyük Britaniyanın Baş naziri Liz Trass altı həftəlik vəzifəsindən sonra dünən istefa verdiyini açıqlayıb.

Boris Conson bu il iyulun 7-də Baş nazir postundan istefa vermişdi.
Tarix: 21-10-2022, 14:01
Xəbəri paylaş





Xəbər lenti