"Ermənistanda Rusiya ilə savaş başladı" - Fransa


“Paşinyan Qərbə o qədər aludə olub ki, Tehranın Azərbaycan və Türkiyəyə “regionda sərhədlərin dəyişdirilməsi”nin yolverilməzliyini açıq şəkildə bəyan etməsinə baxmayaraq, İranla hərbi sahədə əməkdaşlıqdan və bu ölkənin silahlarını almaqdan imtina edir”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Əziz Əlibəyli deyib.
Ekspert Ermənistan-Azərbaycan prosesindəki son gəlişmələrə diqqət çəkib: “Ermənistan sülh bəyanatlarını artırdıqca, başqa bir tərəfdən sülh əvəzinə müharibə prinsipinə də yer qoyur. Axırıncı dəfə belə bir səhvi 2020-ci ilin yayında keçmiş müdafiə naziri Tonoyan etmişdi. Tonoyan hazırda həbsdədir və bu səhvinin nəticəsi 44 günlük müharibə oldu.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə əminliklə deyir ki, Bakı ilə sülh müqaviləsi imzalanacaq və sərhədin delimitasiyası başa çatacaq. Öz növbəsində Baş nazir Nikol Paşinyan da açıq şəkildə bəyan edir ki, Azərbaycan Ermənistana qarşı “yeni hərbi təcavüz” üçün bəhanə yaradır.
Maraqlıdır ki, hazırda Brüssel, Moskva və Vaşinqton növbəti müharibə olacağı halda İrəvana heç bir yardım göstərmək gücündə deyil.
Ən ermənipərəst konqresmenlərdən biri olan Frank Pallon isə deyir ki, ABŞ Türkiyədən, Fransa da Azərbaycandan imtina edə bilməz. Çünki soyuq aylara doğru yeni sanksiyalar qəbul etmək heç cür mümkün olmayacaq”.
Əziz Əlibəyli vurğulayıb ki, İrəvanda “günah keçisi” Rusiya seçilib, qurtuluş kimi isə Qərb təbliğatı aparılır:
“Eyni zamanda, Paşinyan və komandası Ermənistanda kifayət qədər hərbi-siyasi gücə malik olan Rusiyanın mümkün cavab addımları barədə düşünmür. Hətta Paşinyan Qərbə o qədər aludə olub ki, Tehranın Azərbaycan və Türkiyəyə “regionda sərhədlərin dəyişdirilməsi”nin yolverilməz olduğunu açıq şəkildə bəyan etməsinə baxmayaraq, İranla hərbi sahədə əməkdaşlıqdan və bu ölkənin silahlarını almaqdan imtina edir.
Bununla yanaşı, Ermənistanın qərbyönlü meylindən və qonşu ölkədə avropalı müşahidəçilərin (NATO ölkələrindən) görünməsindən narahat olan İran rəsmiləri artıq deyirlər ki, İran Qafqaz regionunda istənilən xarici hərbi mövcudluğa qarşıdır, Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli üçün böyük imkanlarından istifadə etməyə hazırdır”.
Ekspert Avropa Birliyinin Ermənistanın Azərbaycanla təmas xəttinə mülki müşahidə missiya göndərməsinə də diqqət çəkib:
"Fransa bildirib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinə 5 min hərbçi yığaraq prosesə mane olur və İrəvana təsir göstərir. Ardınca da bölgəyə göndərilən Avropa Birliyinin müşahidə missiyasının rolunun təkcə sərhədə baxış keçirmək olmadığı açıqlayır.
Biz də hələ bundan xeyli əvvəl deyirdik ki, bu, müşahidəçilik deyil, adamlar bölgəyə ordu göndərirlər. Belə desək, Ermənistanda Avropa-Rusiya müharibəsi başladı”.
Tarix: 21-10-2022, 17:21
Xəbəri paylaş





Xəbər lenti