İran universitetləri etirazın döyüş meydanına çevrilir


Əl-Zəhra Universitetinə prezident İbrahim Rəisinin baş çəkdiyi gün tələbələr “Rəisi rədd ol”, “mollalar rədd olsunlar” kimi şüarlar səsləndirirdilər
AzadlıqRadiosunun müxbirləri Qolnaz Esfəndiyari və Məhəmməd Zərqaminin reportajında deyilir ki, oktyabrın 19-da Tehrandakı Əllamə Təbətəbayi Universitetinin qarşısında onlarca tələbə “şərəfsiz, şərəfsiz!” deyərək etiraz edirdilər.
Az sonra hökumət nümayəndəsi Əli Bahadori-Cəhrami universitetdən çıxanda 100-dək tələbə onu dövrəyə alıb.
IRNA agentliyi yazır ki, hökumət rəsmisi tələbələrlə söhbət edib, etirazları pisləyib və onların şüarlarının mənəviyyatsız olduğunu bildirib.
Hərəkətverici qüvvə
Beşinci həftədir ki, davam edən etirazlarda aparıcı rolu universitet tələbələri oynayır.
Vaşinqtonda yaşayan siyasi şərhçi və həbsxana həyatı yaşamış keçmiş tələbə fəalı Əli Əfşari bu barədə deyib:
“İndi etirazların hərəkətverici qüvvəsi universitetlərdir. Bu etiraz hərəkatının davam etməsi üçün yanacaqdır”.
İran universitetlərində çoxsaylı etiraz aksiyaları keçirilir. Tələbələr etirazlarını dərslərə getməməklə bildirirlər. Tələbə qızlar hicablarını açır və yandırır, saçlarını kəsirlər.
Belə etirazlarda tələbə qız və oğlanlar əl-ələ tutmaqla və nəğmə oxumaqla İranda mövcud olan ictimai tabuları pozurlar.
Azadlıq radiosu
Tarix: 22-10-2022, 15:33
Xəbəri paylaş





Xəbər lenti