İsrail Ukraynada vurulan İran dronları barədə baza kəşfiyyat məlumatlarını təqdim edir...

İsrail Ukraynada vurulan İran dronları barədə baza kəşfiyyat məlumatlarını təqdim edir...
 Rusiya qoşunlarını və hava hücumundan müdafiə vasitələrini Suriyadan çıxarır. İsrail üçün hərəkətə keçməyin zamanı yetişib?
 
"İsrail Ukraynanı, NATO-nu və Qərbi dəstəkləyir, amma Ukraynaya silah sistemləri tədarük etməyəcək..."
 
"Rusiyanın C-300 sistemlərinin İsrail təyyarələrinə qarşı istifadə edilə biləcəyi riski İsraili Ukraynaya hərbi yardım etməkdən çəkindirib..."
 
"Rusiya Suriyadan qoşunlarını və ən vacib texnikasını, C-300 HHM sistemlərini çıxarıb..."
 
"Rusiyanın Suriyada C-400 HHM sistemləri və ölkənin qərbində hərbi-hava və hərbi-dəniz bazaları qalır..."
 
 
Rusiya bu yaxınlarda ən vacib hərbi texnikasını və qoşunlarının Suriyadan Ukraynaya dislokasiya yerini dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti yüksək vəzifəli Qərb və İsrail məmurlarına istinadən yazıb.
 
Rusiya 2015-ci ildən Suriyada dominantlıq edən hərbi qüvvədir və Suriya rejiminə hakimiyyətini saxlamağa kömək edir, əvvəlkitək orada xeyli mövcudluğunu saxlayır.
 
Məlumata görə, Moskva bu yaxınlarda Suriyadan Ukraynaya 1200-1600, bəlkə də daha çox əsgər göndərib. Bir neçə rusiyalı komandir də Suriyadan Ukraynaya göndərilib, 
Rusiyanın Moskvadakı hərbi komandanlığı isə Suriyada əməliyyatların gündəlik idarə edilməsində, o cümlədən İsraillə əlaqəli olaraq, daha az iştirak edir
Ən başlıcası, Rusiyanın Suriyadan özünün C-300 HHM sistemini çıxarmasıdır.
 
Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin başlanmasından sonra Suriya prezidenti Bəşər Əsəd İranın hərbi dəstəyinə və Rusiya prezidenti Vladimir Putinə bel bağlayıb, öz hakimiyyətinə müqaviməti cilovlayıb.
 
Həm İranın, həm də Suriyanın düşməni olaraq, İsrail müntəzəm olaraq Suriyadakı hədəflərə zərbələr endirir ki, Tehranın İsrailin şimal-şərq sərhəddi yaxınlığında möhkəmlənməsinə imkan verməsin. 2018-ci ildə bu reydlər zamanı İsrail pilotları üçün risk Rusiyanın mürəkkəb "C-300"HHM sistemlərini Suriyaya göndərmsindən sonra artıb.
 
Baxmayaraq ki, C-300-ə nəzarət Suriya hökymətinə verilməyib, onun İsrail təyyarələrinə qarşı istifadə edilə biləcəyi riski İsrailin Rusiyanın fevralda hərbi müdaxiləsindən sonra Ukraynanın hərbi texnika üçün sorğularından imtina etməsinin əsas səbəblərindən biri olub.
 
Əgər C-300 HHM sistemləri Suriyada İsrail təyyarələrinə təhlükə törətmirsə, bu, Rusiyanın İsrailə təsir rıçaqlarını azaldır və Qüdsün Ukraynaya münasibətdə mülahizələrini dəyişə bilər.
 
Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə İsraili ölkəsinə qonşuları ilə dövrü olaraq baş qaldıran zorakılıq halları zamanı İsraili uğurla müdafiə edən raketlər verilməsinə çağırış edib.
 
Son zamanlar İranın Rusiyaya PUA-lar və raketlər tədarük etməsi barədə bəlli olduqdan sonra bu təzyiq artıb. İsrail bir neçə HHM sistemləri, o cümlədən İsrailin Qəzza bölgəsindən buraxılan raketlərə qarşı istifadə etdiyi "Dəmir kümbəz" və uzaq mənzilli "Barak 8" istehsal edir və onlar raketlərin və PUA-ların vurulmasında Ukrayna üçün faydalı ola bilər.
 
İsrail hələ də ehtiyat edir. Rusiya döyüş qoşunlarını çıxarsa da, əvvəlkitək Suriyada xeyli mövcudluğunu saxlayır, onları hərbi polislə əvəzləyib. Bundan başqa, Suriyada C-400 HHM və ölkənin qərbində iri hərbi-hava və hərbi dəniz bazaları qalır.
 
Bundan başqa, İsrailin rəsmi şəxsləri Rusiya qoşunlarının Suriyada azalmasının İrana bu ölkədə öz təsirini genişləndirməyə imkan verə biləcəyindən narahatlıqlarını ifadə edib.
 
Məhz buna görə də İsrailin müdafiə naziri Beni Qants vurğulayıb ki, Qüds Ukraynaya silah tədarük etmək niyyətində deyil.
 
"İsrail Ukraynanı, NATO-nu və Qərbi dəstəkləyir, bunu keçmişdə də demişik, bu gün də təkrar edirik. Bu zaman demək istəyirəm ki, İsrail Ukraynaya bir sıra operativ mülahizələrə görə silah sistemləri tədarük etməyəcək".
 
Bayden administrasiyası İsrailə belə silah sistemlərinin tədarük etməsi üçün təzyiq göstərməyəcək, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Kirbi bəyan edib.
 
Bununla yanaşı, İsrailin müharibənin ilk aylarına nisbətən Ukraynaya daha çox yardım etməsinin əlamətləri var. Əvvəllər bu, yalnız humanitar yardım, o cümlədən hərbi səhra hospitalı formasında olub.
 
Hazırda İsrail Ukraynaya Rusiyanın istifadə etdiyi  İran PUA-ları barədə baza kəşfiyyat məlumatlarını təqdim edir, həmçinin Ukrayna ərazisində vurulan PUA-ların qalıqlarının birgə tədqiq edilməsini təklif edib.

Tarix: 22-10-2022, 16:23
Xəbəri paylaş





Xəbər lenti