Almaniyada İran rejiminə qarşı 80 min nəfərlik AKSİYA


Almaniyada 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranda başlayan etiraz aksiyalarına həmrəylik nümayişi keçirilib.
 
Modern.az xəbər verir ki, “Qadınların Həyat Azadlığı Kollektivi” təşəbbüsünün çağırışı əsasında paytaxt Berlindəki Qələbə abidəsi önündə 80 minə yaxın insan toplaşıb. Əllərində İran bayraqları tutan nümayişçilər Tehran rejiminə etirazlarını bildiriblər.
 
Digər Avropa ölkələri və Almaniyanın müxtəlif şəhərlərinin sakinlərinin də qatıldığı aksiyada İran rəhbərliyinə qarşı şüarlar səsləndirilib.
 
Nümayişçilər İrandakı rejimin devrilməsini tələb edib, yerli əhalini hakimiyyətə qarşı mübarizəyə səsləyiblər.
Tarix: 22-10-2022, 23:07
Xəbəri paylaş





Xəbər lenti