"Putin nüvə zərbəsini əmr etsə də, öz generalları ona "yox" deyəcək"

"Putin nüvə zərbəsini əmr etsə də, öz generalları ona "yox" deyəcək"Yevgeni Priqojin və Vladimir Putin

"Qərb, Rusiya prezidenti Vladimir Putinə “güzəştlərə” son qoymalıdır. O, "Üçüncü Dünya Müharibəsinə rəhbərlik etdiyini düşünür".  Kreml rəhbəri, Ukraynanı və dünyanı təhdid edən nüvə silahından istifadə edə bilər".

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə 2022-ci ilin mayında Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq, vəzifəsini tərk edən BMT-nin İsveçrənin Cenevrə ofisindəki Rusiya nümayəndəliyinin keçmiş diplomatı Boris Bondaryov deyib. O, qeyd edib ki, nüvə oyunu psixoloji oyundur. Yəni hər hansı bir şantaj kimidir.
“ Əgər şantajla qarşılaşırsansa, burada iki variant var. Birincisi, bu şantajçıya təslim olmaqdır. Yəni onun səndən istədiyini etmək. Amma siz ona hansısa güzəştə getdiyiniz zaman o, həvəslənəcək və getdikcə daha çox tələb edəcək”,- deyə keçmiş diplomat qeyd edib. Onun sözlərinə görə, ikinci variant isə təcavüzkarla qarşılaşmaqdır. Yəni bu zaman “biz eskalasiya istəmirik” deyil, “o, eskalasiyanı istəyirsə, elə olsun” demək lazımdır.
Siyasətçi qeyd edib ki, Putin nüvə silahından istifadə edəcək.
"O, istifadə edilməsini əmr edə bilər. Amma “xeyr, biz bu əmrlərə əməl etməyəcəyik" deyəcək çox sayda general və zabitlər var. Çünki bu, intihara və ya müharibə cinayətinə bərabərdir",- deyə Bondaryov qeyd edib.
Siyasətçi deyir ki, Putin hazırda Üçüncü Dünya Müharibəsini apardığını düşünür. Və belə hesab edir ki, o bütün siyasi dünyanın xəritəsini dəyişə bilər.
“O, düşünür ki, xəritə üzərində əslində layiq olduğundan çox az gücə malikdir. Amma biz başa düşməliyik ki, Putin və Rusiya iki fərqli şeydir. Yəni o, “bir şey Rusiya Federasiyasının maraqlarını və ya təhlükəsizliyini təhdid edir” deyərkən yalnız özünü nəzərdə tutmuş olur” - deyə siyasətçi qeyd edib.
Tarix: 23-10-2022, 15:04
Xəbəri paylaş





Xəbər lenti