Moldova paytaxtında polislə etirazçılar arasında toqquşma olub


Moldova paytaxtında polislə etirazçılar arasında toqquşma olub


Moldovanın paytaxtın Kişinyovun mərkəzində polislə etirazçılar arasında toqquşma olub.
Polis nümayişçilərin şəhər mərkəzinə girişini əngəlləyib, etirazçılar isə bir neçə dəfə kordonu yarmağa cəhd edib.
Etirazlar zamanı bir neçə nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları şəhərin mərkəzini mühasirəyə alıb və yoldan keçənləri yoxlayır.
Moldova hökumətinin enerji sektorundakı böhranla əlaqədar yaradılmış Fövqəladə Hallar Komissiyası oktyabrın ortalarında etiraz aksiyalarının və kütləvi toplantıların keçirilməsini məhdudlaşdırıb. İndi onlara yalnız həftə sonları icazə verilir.
Bu ilin yayında başlayan etirazlar ölkənin müxtəlif yerlərinə yayılıb. Onlar hökuməti iqtisadi böhranın öhdəsindən gələ bilməməkdə, qiymətlərin sürətlə artmasında və həyat səviyyəsinin aşağı düşməsində ittiham edirlər.
Tarix: 23-10-2022, 21:41
Xəbəri paylaş





Xəbər lenti