Rusiya 1943-cü ilin texnikasını da Ukrayna cəbhəsinə daşımağa məcbur oldu...-VİDEO


Rusiya 1943-cü ilin texnikasını da Ukrayna cəbhəsinə daşımağa məcbur oldu...-VİDEO
Rusiya ordusu  artıq daşınma zamanı dağılan 1943-cü il modelli arxaik "D-1" haubitsalarını cəbhəyə gətirir. Müvafiq video internetdə yayılıb.
 
Moderator.az bu haqda "TSN" kanalına istinadla məlumat yayıb.
Jurnalist Andrey Tsaplienko qeyd edib ki, əvvəllər "D-1"-i ya abidələrdə, ya da uzunmüddətli saxlama anbarlarında görmək olardı.

Hərbi portal əlavə edir ki, bu haubitsa müasir döyüş əməliyyatları üçün köhnəlib. Onun yeri hərbi muzeylərdədir. Bu silah seriyalı olaraq 1943-1949-cu illərdə istehsal edilib.
 
"D-1" batareyaya qarşı döyüş üçün kifayət qədər dəqiqliyə və məsafəyə sahib deyil. Atəş məsafəsi 12,4 km-ə qədərdir.
 
Bundan əvvəl "D-1" haubitsaları Luqansk vilayətinin işğal olunmuş Alçevsk bölgəsində aşkar edilib.
Bu, rusların cəbhəyə köhnəlmiş silahları ilk dəfə göndərməsi halı deyil. Belə ki, Ufada "S-60" zenit artilleriya kompleksinin köhnə 57 mm-lik silahlarının daşındığı nəqliyyat görülüb. Bu zenit silahları hələ 1950-ci illərdə SSRİ-də silahlanmada olub.
Luqansk HVA-nın rəhbəri Sergey Qayday deyib ki, ruslar səfərbər olunanlar üçün  köhnəlmiş  1891-ci il modelli Mosin tüfənglərini  də anbardan çıxarır. 
Xatırladılır ki, bir müddət əvvəl  Ukrayna kəşfiyyatı tərəfindən Rusiya işğalçısının anasına köhnə texnikadan şikayət etdiyi telefon danışığı da tutulmuşdu.
 

Sultan Laçın

Tarix: 24-10-2022, 11:20
Xəbəri paylaş





Xəbər lenti