Rusiya oliqarxlarının öz sərvətlərini Türkiyəyə daşıması Vaşinqtonu narahat edib


Rusiya oliqarxlarının öz sərvətlərini Türkiyəyə daşıması Vaşinqtonu narahat edibCo Bayden və Rəcəb Tayyib Ərdoğan

Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ və AB-nin sanksiyasına məruz qalan Rusiya oliqarxları problemin həllini əmlaklarını qaçaqmalçılıq yolu ilə keçirməkdə tapıblar. Super yaxtaların və şəxsi təyyarələrin ən populyar marşrutu isə Türkiyə olub.

Bizimyol.info xəbər verir ki, ABŞ-da çıxan “New York Times” qəzeti Rusiya-Ukrayna müharibəsinə görə sanksiyaya məruz qalan rus oliqarxlarının yenidən lüks yaxta və gəmilərini Türkiyə ərazi sularında gizlətməyə başladığını yazıb. Araşdırma aparan və cari məlumatları təhlil edən qəzet, ümumi dəyəri milyardlarla dollar olan gəmilərin Egey və Aralıq dənizi sahillərində lövbər saldığını yazıb.
Roman Abramoviç də daxil olmaqla bir çox oliqarxın lüks qayıqlarının NATO üzvü Türkiyə sahillərində olduğunu vurğulayan “The New York Times” bu vəziyyətin Vaşinqtonda reaksiyaya səbəb olduğunu yazıb.

"Türkiyə sularında Rusiya superyaxta donanması Ankara və Vaşinqton arasında gərginliyi artırır: Rusiyanın Türkiyənin maliyyə sisteminə çıxışı potensial olaraq Qərb sanksiyalarını sarsıdır",- deyə “New York Times” yazıb.
“The New York Times” Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğanın Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları tənqid etdiyini xatırlatsa da, Ərdoğan mart ayında Türkiyənin enerji ehtiyacları və sənaye razılaşmalarına görə sanksiyalar tətbiq edə bilməyəcəyini bildirib.
“New York Times”ın təhlilinə əsasən, ümumilikdə, oliqarxlara və sanksiyaya məruz qalmış təşkilatlara bağlı ən azı 32 yaxta qaçaqmalçılıq yolu ilə ölkə sərhədlərindən keçirilib.
Qəzet Amerikanın Rusiyaya qarşı sanksiyalarını pozmaqda günahlandırdığı Türkiyədəki bəzi bankların “Mir” ödəniş sistemindən, Visa və MasterCard-ın rus versiyasından imtina etdiyini xatırlatsa da, buna baxmayaraq, ruslara və Rusiyaya xidmət etməyə davam etdiyi bildirilir.
Türkiyədə Rusiya vətəndaşlarının sıxlığına diqqət çəkən qəzet, hətta Egey və Aralıq dənizi bölgələrindəki restoranların da menyularına rusca ifadələr əlavə etdiyini vurğulayıb.
Digər tərəfdən, bu xəbərlərin ortaya çıxması ilə birlikdə Monakoda yerləşən dənizçilik şirkəti “Imperial Yacht” Türkiyə ərazi sularında satış və ya kirayə qayıqların reklamında ittiham olunub. “The Times” qəzetinin xəbərindən sonra şirkət bu reklamları yığışdırıb. Saytda şirkətin də sanksiyalara məruz qaldığı yazılıb. “New York Times” şirkət rəsmisi ilə əlaqə saxlasa da, rəsmi “Imperial”ın Rusiya oliqarxları ilə kommersiya əlaqələri olduğunu təkzib edib.
ABŞ Xəzinədarlığı və Nyu-York Federal Ehtiyat Bankının sanksiyalar üzrə eksperti Daniel Tannebaum “New York Times” qəzetinə deyib: “ABŞ istəsə, yaxtaları Türkiyənin ərazi sularında olsa belə, Rusiya oliqarxlarına qarşı sanksiyalar tətbiq edə bilər. Türkiyə hökuməti əməkdaşlıq etmək istəmir”.
Qeyd edək ki, ABŞ mətbuatı tez-tez “NATO müttəfiqliyi”ni önə çəkərək Türkiyəni xəyanətdə ittiham etsə də, maraqlıdır ki, NATO üzvü olan Yunanıstanın Rusiya istehsalı olan “S-300” HHM sistemləri ilə Türkiyə təyyarələrini izləməyə qoymasına susur...
Tarix: 24-10-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti