Keşmiş "FSB" polkovniki Ukraynada müharibənin bitəcəyi tarixdən danışdı...

Keşmiş
Onun fikrincə, Rusiyada səfərbərlik Putinə müharibəni gecikdirməyə imkan verəcək...
 "Ukrayna Silahlı Qüvvələri qışa qədər Xersonu ala bilsə, biz Yeni ili dinc Ukraynada qeyd edəcəyik..."
 
Rusiyanın  Ukraynaya qarşı savaşı 2023-cü ilin payızına qədər bitə bilər.
 
Moderator.az  "UNİAN"a istiandla xəbər verir ki, bu barədə müxalif Rusiya siyasətçisi, "FSB"-nin istefada olan polkovniki Gennadi Qudkov jurnalist Dmitri Qordona müsahibəsində bildirib.
 
""Qəbir" səfərbərliyi olmayanda düşünürdüm ki, yaza qədər (2023-cü il - red.) hər şey bitəcək. Sadəcə, hesab əməliyyatları bizi inandırırdı ki, yaza qədər hər şey bitməlidir; bütün bu işğalçı ordu darmadağın ediləcək, arxadan onu təmin edəcək  heç bir şey olmayacaq, ön cəbhəni heç bir güclə saxlaya bilməyəcək və  o, cəhənnəmə vasil olacaq. Amma indi mən hiss edirəm ki,  müharibə hələ payıza qədər uzana biləcək və payızda,  2023-cü ildə bitəcək. Düşünürəm ki, Putin savaşı 2023-cü ilin payızına qədər uzana bilər”, - deyə Qudkov qeyd edib.
 
 
Rusiyalı publisist Andrey Piontkovski isə hesab edir ki, Ukrayna Silahlı Qüvvələri qışa qədər Xersonu ala bilsə, biz Yeni ili dinc Ukraynada qeyd edəcəyik.
 
ABŞ kəşfiyyatı və hərbi analitiklərinin fikrincə, Ukrayna ordusu qış fəsli orduları dayandırıb yenidən qruplaşmaya məcbur etməzdən əvvəl cənub və şimal-şərqdə hücumlarını davam etdirə bilsə, növbəti 6 həftə ərzində Rusiya ordusuna qarşı uğurlar əldə edə bilər...
 
Sultan Laçın
Tarix: 25-10-2022, 09:42
Xəbəri paylaş





Xəbər lenti