Demokratlar Baydeni Ukrayna ilə bağlı strategiyasına düzəliş etməyə çağırıb


Demokratlar Partiyasının sol qanadını təmsil edən deputatlar ABŞ prezidenti Co Baydeni Ukrayna ilə bağlı strategiyasına düzəliş etməyə çağırıblar.
APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, onlar müharibənin tez başa çatması üçün baydeni diplomatik səyləri artırmağa və Kiyevlə Moskva arasında birbaşa danışıqları təmin etməyə çağırıblar.
Deputatlar bildiriblər ki, Ukraynaya edilən milyardlarla dollarlıq hərbi yardımla paralel olaraq aktiv diplomatiyaya da impuls verilməlidir.
Tarix: 25-10-2022, 09:49
Xəbəri paylaş





Xəbər lenti