Simonyan və Zatulinin Ermənistana girişinə qadağa qoyulub: "Təhqiramizdir"

Simonyan və Zatulinin Ermənistana girişinə qadağa qoyulub: "Təhqiramizdir"Marqarita Simonyan

Ermənistan hakimiyyəti "RT" telekanalının baş redaktoru Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoyub.

Bizimyol.info xəbər verir ki, o, bu barədə öz Telegram kanalında məlumat verib.
"Uzun illərdir ki, Ermənistana şiddətlə dəstək verən Konstantin Zatulinə Ermənistanın indiki rəhbəri tərəfindən Ermənistana giriş qadağan edilib. Yeri gəlmişkən, mənə də eyni qadağa tətbiq edilib",- deyə Simonyanın mesajında deyilir.
Respublikanın ikinci prezidenti Robert Köçəryanın blokunun oktyabrın 25-də yaydığı bəyanatda deyilir ki, Ermənistan hakimiyyətinin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və əlaqələr komitəsi sədrinin birinci müavininə qadağa qoyması barədə qərar qəbul edib. Konstantin Zatulinin həmvətənləri ilə ölkəyə daxil olması Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
Konstantin Zatulin Konstantin Zatulin
Bundan əvvəl Zatulin Ermənistan parlamentindən ölkəyə girişi qadağan edən məktub aldığını bildirib. Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Armenian Time” qəzeti öz mənbələrinə istinadən yazıb ki, bu qərar Zatulinin dəfələrlə açıq şəkildə “44 günlük müharibədə Ermənistan hakimiyyətini məğlubiyyətdə ittiham etməsi" ilə bağlıdır.
Zatulin Ermənistana girişinə qoyulan qadağaya münasibət bildirib. Onun Teleqram kanalında qeyd olunub ki, oktyabrın 25-də Dövlət Duması deputatının rəsmi elektron poçtuna Ermənistanın Milli Məclisinin rəhbərliyi adından Zatulinin Ermənistan Respublikasına gəlməsinin “arzuolunmazlığı” barədə məktub gəlib.
"Təəssüflə Sizin nəzərinizə çatdırırıq ki, Ermənistanla ilə bağlı bəyanatlarınız dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına xələl gətirir. Buna görə də, sizin Ermənistana səfəriniz arzuolunmaz hesab edilir",- deyə məktubda qeyd olunub.
Zatulin bunu təhqiramiz addım kimi qiymətləndirib: "Bu, bizim üçün gözlənilməz oldu, Ermənistan Respublikası Milli Məclisinin xarici əlaqələr şöbəsinin müdirindən məktub aldıq. Bizə dedilər ki, mənim səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan Respublikasına ziyandır",- deyə hər zaman Azərbaycana qarşı aşkar qərəzi ilə seçilən Zatulin bildirib.
Tarix: 26-10-2022, 09:42
Xəbəri paylaş





Xəbər lenti