Xerson mühasirəyə düşüb?



«Ukrayna Silahlı Qüvvələri Xersonda Dnepr üzərindən keçən bütün körpülərə nəzarət edir, işğalçılar şəhəri tərk edə bilməyəcəklər».

Ovqat.com-un məlumatına görə, Ukraynanın müdafiə naziri Oleksey Reznikov «Fox News» telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, işğalçılar üçün küçə döyüşləri aparmaq çətin olacaq, çünki şəhərdən qaçış yolları olmayacaq.

“Rusların küçədə döyüşə biləcəyinə tam inanmıram. Çünki bu, onlar üçün ən yaxşı seçim deyil. Biz HIMARS və digər artilleriyadan istifadə etməklə Dnepr çayındakı bütün körpülərə nəzarət edirik. Onlar üçün Xersonda qalmaq risklidir, çünki o zaman İzyumda olduğu kimi qaça bilməyəcəklər”, - Reznikov bildirib.

Reznikovun bu fikirləri doğrudursa, belə çıxır ki, Xerson mühasirə altındadır.



Tarix: 26-10-2022, 16:39
Xəbəri paylaş





Xəbər lenti