İrandakı terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb - VİDEO



Ötən gün İranda məbəddə baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.
APA-nın “Figaro”ya istinadla məlumatına görə, müvafiq açıqlama İŞİD-in təbliğat saytlarında yerləşdirilib. Açıqlamada 20 nəfərin öldürüldüyü, bir o qədərinin də yaralandığı göstərilir.
Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.





Tarix: 27-10-2022, 09:19
Xəbəri paylaş





Xəbər lenti