“Nə qədər ki, nüvə silahı var, ondan istifadə təhlükəsi də var” – Putin


Rusiya Prezidenti Vladimir Putin nüvə mühaibəsi təhlükəsindən danışıb.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Putin bu barədə Valday klubunun plenar iclasında dünyanın həqiqətən də nüvə müharibəsi astanasında olub-olmaması sualına cavab verərkən deyib. 
“Bunun necə olduğunu desəm, çətin ki, yanılmaram. Artıq dedim ki, Qərb ölkələrinin bu diqtəsi, onların beynəlxalq ünsiyyətin bütün iştirakçılarına, o cümlədən neytral və ya dost ölkələrə təzyiq göstərmək cəhdi heç nə ilə bitmir. Nüvə silahına gəldikdə isə nə qədər ki, nüvə silahı var, ondan istifadə təhlükəsi də var”, - deyə Putin bildirib.
Tarix: 27-10-2022, 22:31
Xəbəri paylaş





Xəbər lenti