“Rusiya Əfqanıstanda türkmənləri müharibəyə cəlb edir” - Ekspert



Rusiya Əfqanıstanda yaşayan etnik türkmənləri Ukraynaya qarşı müharibəyə şirnikdirir.
Bu barədə hərbi ekspert Oleq Jdanov öz abunəçilərinin birindən sitat gətirərək, danışıb («UNİAN»).
«Rusiya Əfqanıstanda etnik türkmənləri ələ alır. Mükafat qismində onlara ev, maşın, torpaq sahəsi, hətta qız da vəd edirlər. İstənilən xoşa gələn qız onunku olacaq, daha dəqiqi - evlənməyə kömək edəcəklər. Bütün sənədləri düzəldəcəklər. Bax, rusiyalı ələ alanlar Əfqanıstanda yaşayan türkmənlərə vəd edirlər. Tezliklə Pakistandan, Hindistandan, Afrikadan ələ alınmş müqəvvalar gətirəcəklər» - Jdanov öz abunəçisinin şərhini oxuyub.
Ardınca USQ polkovniki Rusiyada səfərbərliyin effektliliyini şübhə altına alıb. «Bu, necə alınır: səfərbərlik müharibəni udmağa kömək etməyəcək və ya hətta cəbhəni sabitləşdirməyəcək. Siz, «ətlik malı» başqa ölkələrdə toplayırsınız. Odur ki, məsələ qaldırmaq lazımdır, bizim müttəfiqlərimiz Rusiyanı terrorçu dövlət kimi tanısınlar» - ekspert əlavə edib.
Tarix: 29-10-2022, 10:12
Xəbəri paylaş





Xəbər lenti