"Sevastopol buxtasında Rusiya gəmilərinə kim hücum edib?" - ISW


"Müharibə dövründə hərbi gəmilərə hücumlar terror aktı deyil, müharibənin qanuni aktlarıdır..."
"Rusiyanın Qara dəniz donanmasının tərkibində üç "Qriqoroviç" freqatı var və hər biri "Kalibr" qanadlı raket buraxa bilər..."

 
Rusiyalı jurnalistlər "Admiral Makarov" flaqmanının zədələnməsi barədə məlumat verib...
 
Ukrayna Rusiya Federasiyası Qara dəniz donanmasının işğal edilən Sevastopol buxtasında freqatına hücum edə bilərdi. Ekspertlərin fikrinə görə, bu qərarın mənası var və müharibə qanunlarına zidd deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibəni öyrənən İnstitutunun (ISW) analitikləri yazıb.
 
Qeyd edilir ki, oktyabrın 29-da sayı məlum olmayan pilotsuz suüstü aparatlar Rusiyanın Qara dəniz donanmasının "Admiral Qriqoroviç" freqatına zərbə endirib.
 
"Sosial şəbəkələrdə dərc edilən kadrlarda Sevastopolda limanın yanında tüstülənmə və Rusiyanın HHM-in hava hədəflərinə atəş açması görünür.
 
Rusiya müdafiə nazirliyi bəyan edib ki, Ukrayna qüvvələri yeddi avtonom dəniz PUA-ları və doqquz PUA-lardan Qara dəniz donanmasına "terror hücumu" üçün istifadə edib", - analitiklər yazır və qeyd edir ki, "müharibə dövründə hərbi gəmilərə hücumlar terror aktı deyil, müharibənin qanuni aktlarıdır".
 
"Əgər Kiyev bu hücum barəsində əmr versəydi, bu, Rusiyanın son bir  neçə həftə ərzində bütün Ukrayna üzrə mülki obyektlərə miqyaslı strateji bombardmanlar kampaniyasına mütənasib, hətta çəkindirici olardı", - analitiklər hesab edir.
 
Bu zaman Ukrayna Rusiyanın Qara dəniz donanmasına hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
 
Qeyd etmək lazımdır ki, Rusiyanın Qara dəniz donanmasının tərkibində "Qriqoroviç" sinfindən üç freqat var, hər biri "Kalibr" qanadlı raket buraxa bilər. 
 
Xatirladaq ki, oktyabrın 29-da işğal edilmiş Sevastopolun rəhbəri Mixail Razvojayev bəyan edib ki, Qara dəniz donanmasının gəmiləri Sevastopol buxtasının akvatoriyasında PUA-ların hücumunun qarşısını alıb.
 
Sonradan Rusiya müdafiə nazirliyi məlumat verib ki, nəticədə "İvan Qolubets" dəniz minaaxtaran gəmisi və Yujnaya buxtasında su obyektlərinin qorunması üçün maneə "azacıq zədələnib".
 
Öz növbəsində rusiyalı jurnalistlər Qara dəniz donanmasının "Moskva" kreyserinin batmasından sonra flaqman olan "Admiral Makarov"un zədələndiyi barədə məlumat verib.
Tarix: 30-10-2022, 21:38
Xəbəri paylaş





Xəbər lenti