Abdullah Gül Kamal Kılıçdaroğluna QARŞI ÇIXDI


Abdullah Gül Kamal Kılıçdaroğluna QARŞI ÇIXDI 



Türkiyənin sabiq prezidenti Abdullah Gül gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı danışıb. 
Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, onun bir müddətdir İYİ Partiyalı millət vəkilləri ilə görüşdüyünə dair məlumatlar yayılıb. Danışıqların birbaşa partiya sədri Meral Akşenerə çatdırıldığı bildirilir. Gülə yaxın mənbələrin sözlərinə görə, son görüşdə Kılıçdaroğlunun namizədlik ehtimalı da müzakirə olunub. Onun CHP sədrini bu fikrindən vaz keçirməyə çalışdığı iddia olunur:
“Kamal Kılıçdaroğlu namizəd olmaqda çox qərarlı görünür. Onu bu fikrindən vaz keçirməyin tək yolu sağ partiyaların namizəd çıxarmasıdır. Mən Əli Babacanı razı salaram. Təməl bəylə də bu barədə danışaram. Siz də Əhməd bəyi razı salın”. 
Müzakirələrdə Abdullah Gülün özünün də namizədliyinin gündəmə gəldiyi, amma onun bunu istəmədiyi qeyd olunub. Buna baxmayaraq, “Siz öz aranızda bu məsələni müzakirə edin” deyərək namizədliyinin gündəmə gəlməsini təklif etdiyi də önə sürülüb. 
Həmçinin, Gülün Demokratiya və Sıçrayış Partiyasının (DEVA) İdarə Heyətinin üzvü Candan Karlıtekin vasitəsilə fikirlərinin “altılı masa”dakı liderlərə çatdırdığı bildirilib. 
Tarix: 31-10-2022, 17:16
Xəbəri paylaş





Xəbər lenti