Putin ABŞ-ı düşmən elan etdi – Rusiyanın yeni xarici konsepsiyasını qəbul edilib



Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib.
TASS xəbər verir ki, bu barədə Kremldən bildirilib.
Putin deyib ki, beynəlxalq həyatda baş verən köklü dəyişikliklər Rusiyanın xarici siyasət konsepsiyasına ciddi düzəlişlər etməyi tələb edir.
Vurğulanıb ki, yeni konsepsiyada ABŞ anti-Rusiya xəttinin əsas dirijoru kimi təqdim olunub.
Sənəddə həmçinin dövlətlərin suverenlik hüquqlarına hörmət ifadə edilib.
Yeni xarici siyasət konsepsiyası həmçinin Rusiyaya qarşı təhdidlərə simmetrik və asimmetrik reaksiyaları ehtiva edir. Vurğulanıb ki, dost olmayan ölkələrin anti-Rusiya addımlarına lazım gələrsə, ciddi cavab veriləcək.
Sənəddə Çin və Hindistanla strateji tərəfdaşlıq elan edilib.


Tarix: 31-03-2023, 18:54
Xəbəri paylaş





Xəbər lenti