Medvedyev Borreli axmaqlıq üzrə “böyük mütəxəssis” adlandırdı


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Aİ diplomatiyasının rəhbəri Josep Borreli axmaqlıq üzrə “böyük mütəxəssis” adlandırıb.
KONKRET.az xəbər verir ki, o, Borrelin Rusiyanın aprelin 1-də BMT Təhlükəsizlik Şurasına sədrliyi öhdəsinə götürməsinin “axmaqlar gününə uyğun gəlməsi”lə bağlı sözlərini şərh edib.
Medvedyev Borrelin 1 Aprel Axmaqlar Günü üzrə böyük ekspert olduğunu bildirib. “Bu, onun günüdür”, – siyasətçi vurğulayıb.
Qeyd edək ki, Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edir.
Tarix: 2-04-2023, 19:10
Xəbəri paylaş





Xəbər lenti