Rusiya Konstantinovkanı atəşə tutdu: Ölənlər var - Fotolar


Rusiya bu gün səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərini atəşə tutub.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, Donetsk vilayət hərbi idarəsinin sədri Pavel Kirilenkonun sözlərinə görə, nəticədə azı 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
O bildirib ki, hündürmərtəbəli və fərdi yaşayış binalarına çoxlu ziyan dəyib:
"Konstantinovkada atışma zamanı azı 3 nəfər həlak olub, 6 nəfər yaralanıb. Hazırda zərərçəkənlərə lazımi köməklik göstərilir. Xilasedicilər və polis hadisə yerində işləyir".
Sonradan isə məlum olub ki, rus işğalçılarının Donetsk vilayətinin Konstantinovka şəhərini atəşə tutması nəticəsində ölən vətəndaşların sayı 6-ya, yaralılar isə 8 nəfərə çatıb. Bu barədə “Telegram”da Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
"16 yaşayış binası, 8 fərdi yaşayış evi, məktəbəqədər uşaq müəssisəsi, Konstantinovskaya Dövlət Vergi Müfəttişliyinin binası, qaz boruları və üç avtomobilə ziyan dəyib. Səkkiz nəfər qəlpə yaraları alıb. Hər kəsə tibbi yardım göstərilir. 6 nəfər dünyasını dəyişib", - o bildirib.
 




Tarix: 2-04-2023, 19:18
Xəbəri paylaş





Xəbər lenti