Peterburqda partlayış - Hərbi jurnalist öldü


Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayışın şahidi bildirib ki, hadisə nəticəsində həlak olan Vladlen Tatarskinin əlində ona hədiyyə edilən heykəlcik partlayıb.
Məlumata görə, barda hərbi jurnalistin yaradıcılıq gecəsi keçirilib.


“Bu büstü gətirib ona təqdim edən gənc qız idi. Əslində elə partlayışdan sonra da ilk o xanım aradan çıxıb”, – şahid Rodin Varejkin bildirib.
Son məlumatlara görə, partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Onların arasında uşaq da var. Hadisə yerində 13 təcili yardım briqadası işləyir. Zərərçəkənlərə tibbi yardım göstərilir.
İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.

Tarix: 2-04-2023, 23:16
Xəbəri paylaş





Xəbər lenti