Kiçik Paşinyan parlament sədrinin sözlərini təkzib etdi: “Heç kim hücum etməyib”

Kiçik Paşinyan parlament sədrinin sözlərini təkzib etdi: “Heç kim hücum etməyib”Nikol Paşinyan ailəsi ilə birlikdə

Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyan ona hücum edilməsi ilə bağlı məlumatı təkzib edib.

Bizimyol.info xəbər verir ki, Ermənistan hökuməti başçısının oğluna hücum edildiyi iddiası ilə bağlı ilk olaraq parlamentin sədri məlumat verib.
Daha əvvəl Milli Assambleyanın spikeri Alen Simonyan hücumun necə, harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.
Kiçik Paşinyan “Haykakan Jamanak” qəzetində dərc olunan bəyanatında (əsas redaktor Ermənistan baş nazirinin həyat yoldaşıdır) “Mənə siyasi və ya başqa səbəblərdən hücum edilməyib. Təəssüf ki, haqqımda yayılan yalan şayiələri şəxsən təkzib etməliyəm”,- deyə bildirib.
Onu da əlavə edək ki, bundan əvvəl polisin mətbuat xidməti də bəyan etmişdi ki, onlara Nikol Paşinyanın oğluna hücum barədə məlumat daxil olmayıb .
Tarix: 4-04-2023, 18:33
Xəbəri paylaş





Xəbər lenti