"Bizə Amerika və ya onun dolları lazım deyil" - Çin dünyaya necə hakim olur? - ƏTRAFLI


“Amerika “yandıqca”, Si Cinpinin dünyaya sakitcə hakim olmaq planı uğur qazanır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki,bu barədə “The Telegraph” nəşri məlumat yayıb: “Hazırda Çinin yüksəlişi və Amerikanın süqutu müşahidə edilir. Son həftələrdə baş verən hadisələrə nəzər salın. Nyu-Yorkdan San-Fransiskoya qədər Amerika şəhərlərində mərkəzdənqaçma meylləri müşahidə edilir. Solçu partiyalar heç vaxt görünməyən miqyasda oğurluğa və hətta zorakı cinayətə yol verirlər. Hazırda Amerikanı iş yerində yarıyuxulu əyləşən bir prezident və bütün bunlardan o qədər də xəbəri olmayan vitse-prezident idarə edir”, – nəşr yazıb.
“Bu arada Çin Kommunist Partiyasının öz planları var. Son həftələrdə prezident Si Cinpin səudiyyəlilər və iranlılar arasında razılaşmaya vasitəçilik etmək üçün Yaxın Şərqdə peyda oldu. Səudiyyənin hökmran olduğu sünni bloku ilə İranın başçılıq etdiyi şiə bloku arasındakı böyük çatlar birdən-birə birləşməyə başlayıb. Müqavilənin uzunömürlü olub-olmayacağı burada heç bir əhəmiyyət kəsb etmir. Fakt odur ki, Vaşinqtonun bir vaxtlar belə bir razılaşmanın bağlanmasında oynamaq istədiyi vasitəçilik rolunu indi məhz Pekin öz üzərinə götürüb. Üstəlik, bir sıra danışıqlardan sonra Çin və Braziliya arasında yeni saziş elan edilib. Və burada vacib məqam ondan ibarətdir ki, sövdələşmə ABŞ dollarından tamamilə yan keçir. Braziliya və Çin bildirib ki, saziş ABŞ dollarına konvertasiyaya ehtiyac olmadan yuanın birbaşa reallara dəyişdirilməsini nəzərdə tutur”, – “The Telegraph” vurğulayıb .
“Braziliya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (ApexBrasil) bunun həm xərcləri azaldacağını, həm də ölkələr arasında ikitərəfli ticarətin və investisiyaların yaxşılaşdırılmasına kömək edəcəyini açıqlayıb. Bu danışıq hissəsidir, açıqlanmayan isə budur: Bizə Amerika və ya onun dolları lazım deyil. Bir çox cəhətdən bu, təəccüblü görünməməlidir. Çünki Amerika hökumətləri son onilliklərdə dolları sarsıtmaq üçün çox şey ediblər. İstər prezident, istər Nümayəndələr Palatası, istər Senat,  istərsə də Demokratlar və ya Respublikaçılar olsun,  bu işdə çox “əzmlə” çalışıblar. Odur ki, ABŞ hökumətinin xərcləri və borcu sürətlə artmaqda davam edir,” – müəllif məqaləsini tamamlayıb.
Tarix: 8-04-2023, 16:25
Xəbəri paylaş





Xəbər lenti