Rusiya ordusu Zaporojye bölgəsini atəşə tutdu: ölənlərin sayı artıb

Rusiya ordusunun atəşi nəticəsində 3 nəfər həlak olub, daha 5 nəfər yaralanıb
Rusiya hərbçilərinin Zaporojye vilayətində gecə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Daha əvvəl bildirilmişdi ki, Rusiya ordusunun hücumu nəticəsində 11 yaşlı qız və atası dağıntılar altında həlak olublar.
AYNA xəbər verir ki, hücumla bağlı Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko “Telegram”da məlumat açıqlayıb.
"Rusiya Federasiyasının terrorçu qoşunları bölgənin üç günahsız sakinini öldürdü. Düşmənin hücumu nəticəsində daha 5 nəfər yaralanıb. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - deyə Malaşko vurğulayıb.
Adminstrasiya rəhbərinin sözlərinə görə, Zaporojye, Orexov, Qulyapol və daha 15 yaşayış məntəqəsi Rusiya mərmilərinin hədəfinə çevrilib: “Düşmən bir raket hücumu, dörd hava hücumu, beş pilotsuz təyyarə hücumu və 46 atəş həyata keçirib. Gün ərzində bir neçə onlarla obyekt dağıdılıb və ya zədələnib: mənzillər, evlər, yardımçı tikililər, lakin zaman keçdikcə bütün bunları bərpa etmək və yenidən qurmaq olar. Bu müharibədə əsas məsələ ukraynalıların həyatını xilas etməkdir".
Tarix: 9-04-2023, 16:59
Xəbəri paylaş





Xəbər lenti