Kiyev hərbçisinin rusiyalılar tərəfindən edam olunmasına münasibət bildirib

Kiyev hərbçisinin rusiyalılar tərəfindən edam olunmasına münasibət bildirib
Teleqramın Rusiya seqmentində ukraynalı hərbçinin olduğu güman edilən edam videosu yayılıb. Ukrayna Prezident Ofisi hadisəni törədənlərə işarə edərək onların “məsuliyyətə cəlb olunacaqlarını” vəd edib.
Bu barədə Ukrayna Prezident Ofisinin (PO) başçısı Andriy Yermak teleqramda yazıb.

Belə ki, ötən gün axşam rusiyamənşəli teleqram kanalında işğalçıların ukraynalı olduğu güman edilən əsirin edamı edilməsinin görüntülərini paylaşılıb.
Videonun sosial şəbəkədə geniş yayılmasından sonra PO başçısı, güman ki, olay barəsində qısa şərh verib: “Hər şeyə görə cavab və məsuliyyət olacaq”.
Xatırladaq ki, ötən ay Rusiya qüvvələrinin əsir düşmüş ukraynalı hərbçini güllələyərək edam etməsinin görüntüləri yayılmışdı. İşğalçılar qarşısında dayanan ukraynalı hərbçi “Yaşasın Ukrayna” sözlərinə görə qətlə yetirilmişdi.
Tarix: 12-04-2023, 10:05
Xəbəri paylaş





Xəbər lenti