Ukrayna ABŞ-dan F-15 və F-16 təyyarələri istəyib



 
ABŞ-a səfər edən Ukraynanın baş naziri Denis Şmiqal bu ölkənin müdafiə naziri Lloyd Ostinlə görüşüb, ondan Ukraynaya F-15 və F-16 döyüş təyyarələrinin verməsini istəyib. 
 
Ovqat.com-un məlumatına görə, Ostin, Ukrayna Baş naziri Şmıqalı Pentaqonda rəsmi mərasimlə qarşılayıb və iki nazir görüşdən əvvəl mətbuata açıqlama verib.
 
Nazir Ostin ukraynalıların cəsarəti və dözümlülüyünün amerikalıları heyran etdiyini və Rusiya-Ukrayna müharibəsinin nə qədər davam etməsindən asılı olmayaraq ABŞ-ın Ukraynaya dəstək verəcəyini bildirib.
 
Ukraynanın Kiyev, Xarkov və Xersondakı qələbələrinə toxunan Ostin, “Prezident (Co) Baydenin rəhbərliyi altında ABŞ-ın Ukraynanın azadlıq mübarizəsini hər addımda dəstəklədiyini” qonağına xatırladıb.
 
Baş nazir Şmiqal isə daha çox hərbi dəstəyə ehtiyac duyduqlarını, daha az itki ilə daha sürətli qələbəyə nail olmaq üçün daha çox hava hücumundan müdafiə sistemlərinin lazım olduğunu bildirib.
 
Şmiqal onu da bildirib ki, ölkəsinin ağır texnika və təyyarələrə ehtiyacı var.
 
Ukrayna baş naziri Ostinə Abrams tankları, həmçinin Bradley və Stryker piyada döyüş maşınlarını Ukraynaya tədarük etdiyinə görə təşəkkürünü bildirərək deyib: “Müasir müharibədə hava üstünlüyü çox vacibdir. Buna görə də Ukrayna yeni döyüş təyyarələri koalisiyası yaratmağa çalışır. Və biz Amerika Birləşmiş Ştatlarını onun ən mühüm iştirakçısı olmağa dəvət edirik. ABŞ Ukraynaya F-15 və ya F-16 təyyarələri verməklə liderliyini bir daha göstərə bilər”. 

Tarix: 13-04-2023, 16:47
Xəbəri paylaş





Xəbər lenti