“Axmaq baş naziri ilə birlikdə yox olacaq” — Medvedev ində də Polşanı "topa tutdu"


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ində də Polşanı və ölkənin Baş naziri Mateuş Moraevtskini tənqid edib.

 Medvedev öz “Tviter” hesabında polyak və ingilis dillərində NATO-nun Avropadakı forpostu olan Polşanın axmaq hökumət başçısı ilə birlikdə yox olacağını yazıb.

“Mateuş Moraevtski adlı hansısa axmaq Ukraynanın Rusiyaya zərbə endirmək hüququna malik olduğunu və NATO-nun Rusiyaya qarşı müharibəsindən narahat olmadığını, çünki sonuncunun tezliklə məğlub olacağını deyib. Belə bir müharibədə kimin qalib və ya məğlub olduğunu bilmirəm, amma Polşanın NATO-nun Avropadakı forpostu rolunu nəzərə alsaq, bu ölkə öz axmaq baş naziri ilə birlikdə mütləq yoxa çıxacaq”, – Medvedev qeyd edib.

Polşa Baş naziri demişdi ki, Ukraynadakı münaqişə daha bir neçə il davam edə bilər. Eyni zamanda o, Kiyevin Rusiyaya zərbə endirmək hüququna malik olduğunu, Moskvanın NATO ölkələri ilə qarşıdurmada məğlub olacağını bildirmişdi.
Tarix: 14-04-2023, 23:20
Xəbəri paylaş





Xəbər lenti