“Vaqner” Baxmutda ağır məğlubiyyətə uğrayır


“Rusiya Baxmutda nizami qoşundan istifadə etməyə məcburdur. Çünki “Vaqner” muzdlu hərbi təşkilatı uğursuzluğa uğrayır, işinin öhdəsindən gələ bilmir”.
UNIAN xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.
O bildirib ki, Baxmutda vəziyyət gərgindir: “Şəhərdə küçə döyüşləri gedir”.
S.Çerevatı Baxmutun nə qədər ərazinin Rusiyanın nəzarətində olduğunu açıqlamayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Təxminən 6 aydır Donetsk vilayətinin Baxmut şəhərində Rusiya və Ukrayna qoşunları arasında gərgin döyüşlər gedir.
Tarix: 15-04-2023, 10:32
Xəbəri paylaş





Xəbər lenti