Ukraynanın müdafiə naziri Türkiyədən üzr istədi


 
Ukraynanın müdafiə naziri Oliksiy Reznikov Ukraynada müharibədə ölənlərin sayı ilə Türkiyədəki zəlzələdə ölənlərin sayını müqayisə etdiyi üçün Ankaradan üzr istəyib.

Musavat.com xəbər verir ki, nazir bu barədə tvitterdə yazıb. O bildirib ki, ukraynalılar türklərə rəğbət bəsləyir.
O.Reznikov həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Qeyd edək ki, O.Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.
Xatırladaq ki, bu il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində 50 mindən çox insan həlak olub.
Tarix: 17-04-2023, 12:32
Xəbəri paylaş





Xəbər lenti