Rusiyadan kəskin mövqe: “Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq"


Rusiyadan kəskin mövqe: “Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq"Co Bayden, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin
ABŞ üçün NATO “müharibənin qarşısını almaq üçün ittifaq”dan daha çox, müharibəyə məcburetmə vasitəsidir. Bunun ən tipik nümunəsi Ukrayna böhranıdır. ABŞ-ın Rusiyaya qarşı NATO-nu addım-addım genişləndirmək siyasəti Avropanı çəkindirmədi, əksinə, müharibəyə dəvət etdi.Bu səbəbdən də Türkiyə Qara dəniz və NATO dəvətlərinə hər zaman xüsusi diqqət yetirməli olub. Məsələn, Ərdoğanın 2016-cı il mayın 11-də NATO-nun baş katibi Stoltenberqə “NATO Qara dənizdə daha çox görünməlidir” çağırışı, həmçinin, Ukrayna prezidenti Volodimir Zelenskinin sentyabrda Stoltenberqlə görüşü zamanı NATO-nun Qara dənizdəki varlığını artırmaq istəyi barədəki çıxışları müharibənin qarşısını almaqdan daha çox, bölgəni müharibə meydanına çevirməyə yönəlmiş “dəvətnamə”lərdir.
Üstəlik, bu dəvətlər həm də region ölkələrinin ABŞ-ın tələsinə düşməsi üçün alət oldu. Çünki ABŞ-ın Qara dəniz strategiyası Montrönü dələrək Qara dənizi NATO gölü etmək idi. Soyuq Müharibə illərində Türkiyə Qara dənizdə NATO-ya üzv olan yeganə ölkə idi. ABŞ, Bolqarıstan və Rumıniyanı NATO-ya üzv edib və onların sayını üçə çatdırıb. Həmçinin, Ukrayna və Gürcüstanı da üzv etməklə, altı Qara dəniz ölkəsindən beşinin NATO üzvlüyü ilə Qara dənizə “məhdudiyyətsiz” daxil olmaq istəyirdi.
Türkiyədə strategiyadan xəbəri olmayanlar ABŞ-ın bu böyük oyununun alətinə çevrildilər: Ergenekon-Balyoz planlarından tutmuş, admirallardan Montrö məsələsinədək silsilə hadisələrlə Vaşinqtona meydan açdılar.
8-9 iyul 2016-cı il tarixlərində Varşavada keçirilən ABŞ sammitində NATO-nun 2019-cu ilin aprelində Qara dənizdəki mövcudluğunu artırmaq qərarına gəldilər. Onlar Qara dənizin "mübarizə bölgəsi" kimi təyin edilməsini, NATO-nun Qara dənizdə, həmçinin quruda, havada və suda mövcudluğunu artırmasını təsdiqlədilər. 14 iyun 2021-ci il sammitində isə Ukrayna və Gürcüstan NATO-ya üzv olana qədər bu ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirmək qərarına gəlinib.
Ötən gün Rumıniyanın paytaxtı Buxarestdə Qara Dəniz Təhlükəsizlik Konfransı keçirilib. Konfransa onlayn olaraq qatılan Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, artıq Qara dənizi Baltik dənizi kimi NATO dənizinə çevirməyin vaxtı çatıb.
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın çağırışına belə reaksiya verib: “Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq. Bu, ümumi dənizdir. O, bütün sahilyanı ölkələr üçün əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olaraq qalmalıdır”.
Kremlin mövqeyi Ankaranın ümumi mövqeyi ilə üst-üstə düşür. Həmin ümumi münasibətin ən sadə ifadəsi dövrün Baş Qərargah rəisi İlker Başbuğa məxsusdur: “Qara dəniz, Qara dənizə sahili olan dövlətlərə aid bir məsələdir”.
“Uzun müharibə” strategiyası
Ukraynanın bu çağırışının mahiyyətinə gəlsək, ABŞ sülh istəmir, son ukraynalı qalana qədər “uzun müharibə” istəyir. Avropa isə müharibənin uzanmasından narahatdır. Əslində bəzi Avropa ölkələri, xüsusən də Fransa Çinin 12 bəndlik sülh planını fürsət kimi görür.
Vaşinqton döyüş meydanını genişləndirmək istəyir ki, Çinin sülh planı baş tutmasın və onun “Ukraynada uzun müharibə strategiyası” davam edə bilsin.
Beləliklə, Ukraynanın “Qara dəniz NATO dənizi olmalıdır” çağırışı və Polşa-Ukrayna müttəfiqliyini əks etdirmək cəhdi bu məqsədin tələbidir. Lakin Montrö Konvensiyası olduğu müddətcə, Qara dənizi “NATO gölü”nə çevirmək çətindir.
Tarix: 18-04-2023, 10:10
Xəbəri paylaş





Xəbər lenti