"Bu gündən rusiyalıları dövlətə xəyanətə görə ömürlük həbs cəzası gözləyəcək..."


"Terror aktına görə həbs cəzası 15 ildən 20 ilə, beynəlxalq terror aktına görə 12 ildən ömürlük həbs cəzasınadək artırılıb..."
 
Rusiya Dövlət Duması ölkə qanunvericiliyini sərtləşdirməkdə davam edir. Xüsusilə bu, müxalif əhval-ruhiyyəli vətəndaşlara aiddir. 
 
Beləki, bu gün eyni zamanda ikinci və üçüncü oxunuşda Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir sıra maddələrinə düzəlişləri nəzərdə tutan qanun layihəsi qəbul edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Focus" nəşri məlumat yayıb.
 
İlk növbədə söhbət Cinayət Məcəlləsinin "Dövlətə xəyanət" maddəsindən gedir. Bu gündən casusluq, dövlət sirri təşkil edən məlumatların xaricilərə ötürülməsi, düşmənin tərəfinə keçmək və ya başqa dövlətin Rusiyanın əleyhinə yönəlmiş fəaliyyətində maliyyə, maddi-texniki, konsultativ və ya digər yardıma görə rusiyalıları ömürlük həbs cəzası gözləyir.
 
Dövlət Duması həmçinin "Terror aktı" maddəsi üzrə maksimal cəzanı 15 ildən 20 ilə, "Beynəlxalq terror aktı" maddəsinə görə 12 ildən ömürlük həbs cəzasınadək uzadıb. 
 
Deputatlar "Terrorizmə dəstək" maddəsinə görə həbs cəzasını 10 ildən 12 ilədək sərtləşdirib. Terrorçu cəmiyyətdə iştiraka görə müddətlər də dəyişib, indi bu, əvvəlki 5 ildən 10 ilədək əvəzinə 10 ildən 15 ilədək təşkil edəcək.
 
Doversiya maddəsi 20 ilədək azadlıqdan məhrum edilmə cəzasını nəzərdə tutur (əvvəlki 15 il əvəzinə). Bu maddənin 2-ci hissəsinə "müdafiə sahəsində icraedici hakimiyyətin federal orqanı obyektlərinə, Rusiya Silahlı Qüvvələrinə, Rusiya Milli Qvardiyasına, müdafiə sahəsində ayrı-ayrı vəzifələrin icrası üçün cəlb edilən dövlət orqanlarına, habelə yanacaq-energetika kompleksi obyektlərinə və müdafiə sənayesi təşkilatlarına qəsdlə bağlı diversiyalar" bəndi əlavə edilib. 12-20 il koloniyada həbs cəzası nəzərdə tutulub. 
 
Bundan başqa, Cinayət Məcəlləsində Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatların  və ya xarici dövlət orqanlarının qərarlarının icrasına dəstək verilməsi barədə yeni maddə əlavə edilib.
 
Bu maddəyə görə sanksiyalar 300 mindən 1 milyon rubladək cərimə və ya 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
 
Qeyd edək ki, Ukraynada qəsbkarlıq müharibəsi aparan Rusiya öz ərazisindəki obyektlərə zərbələri "terror aktları" hesab edir.
 
Hakimiyyətin mövqeyini bölüşməyənlər "Rusiya ordusunun nüfuzdan salınması"nda, Kremli açıq şəkildə tənqid edənlər "dövlətə xəyanət"də ittiham edilir.
 
O cümlədən aprelin 17-də müxalif siyasətçi Vladimir Kara- Murza 25 il ciddi rejimli koloniyada həbs cəzası alıb.
Tarix: 19-04-2023, 09:26
Xəbəri paylaş





Xəbər lenti