Rusiya Ermənistan və Qazaxıstanın köməyi ilə sanksiyalardan yayınır - "New York Times"

Rusiya Ermənistan və Qazaxıstanın köməyi ilə sanksiyalardan yayınır
Ukraynada başlayan müharibədən sonra Rusiya sanksiyalardan yan keçərək Ermənistan və Qazaxıstanın köməyi ilə bir sıra hərbi mallar idxal etməyə başlayıb”

Toplum TV xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” qəzeti yazıb.

Nəşr martın 24-də vergi məmurlarının və ABŞ Ticarət Nazirliyinin iştirakı ilə keçirilən məsləhətləşmə zamanı təqdim olunan materiallara istinad edib. Bu materiallara əsasən, 2022-ci ildə əvvəlki ilə nisbətən ABŞ-dan Ermənistana çip və prosessor idxalı 515% artıb. Eyni məhsulların Aİ ölkələrindən Ermənistana idxalı 2022-ci ildə 212% artıb.

Rusiya Ukraynadakı münaqişənin tez bir zamanda bitməsində maraqlıdır. Toplum TV "RİA Novosti"-yə istinadən xəbər verir...

“The New York Times” yazır ki, idxal edilən malların 97 faizi sonradan Rusiyaya təkrar ixrac edilib.

Nəşrin məlumatına görə, xaricdən gətirilən texnika Rusiya hərbi sənayesi, xüsusən də raket istehsalı üçün mühüm əhəmiyyətə malikdir.

Toplum TV
Tarix: 19-04-2023, 23:19
Xəbəri paylaş





Xəbər lenti