ABŞ-la Gürcüstan arasında yeni gərginlik - Gürcü hakimlərə sanksiya qoyuldu


Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanı ikili standartlarda ittiham edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, belə bir açıqlama ilə “İmedi” telekanalının efirində çıxış edib.
Qeyd edək ki, Kelli Deqnan BBC-yə verdiyi müsahibədə Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilinin təqaüdçülərin pullarını mənimsəmək üçün beynəlxalq saxtakarlıq sxeminin arxasında dayanması məsələsinə toxunub. O, bunun üçün əlavə informasiya və hüquqi prosedurların lazım olduğunu söyləyib.
Kobaxidze bir qədər əvvəl bildirib ki, ABŞ heç bir sübut olmadan Gürcüstanın məhkəmə sisteminə qarşı ciddi ittihamlar irəli sürüb. Onun fikrincə, bu qərarda siyasi maraq var.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken bu ilin aprelin 5-də Vaşinqtonun Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünə qarşı sanksiyalar tətbiq etdiyini və onların “ciddi korrupsiya əməlində” ittiham olunduğunu söyləmişdi.



Tarix: 20-04-2023, 23:08
Xəbəri paylaş





Xəbər lenti