İran ABŞ-ın nüvə başlığı olan sualtı qayığını xəbərdar edib

İran ABŞ-ın nüvə başlığı olan sualtı qayığını xəbərdar edib

İran Hörmüz boğazında ABŞ-ın nüvə sualtı qayığının aşkar edilərək xəbərdarlıq edildiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani məlumat verib
Şəhram İrani ABŞ nüvə sualtı qayığı ilə İran Hərbi Dəniz Qüvvələri arasında Hörmüz boğazında təhlükəli yaxınlaşma olduğunu və ABŞ sualtı qayığının xəbərdarlıqdan sonra istiqamətini dəyişdiyini bildirərək: “ABŞ nüvə sualtı qayığı Florida, Hörmüz boğazına daxil olub, lakin İranın "Fateh" sualtı qayığı onu aşkar edib və suyun səthində qalmağa məcbur edib. O, müəyyən qədər bizim ərazi sularımıza daxil olub, lakin xəbərdarlıqdan sonra kursunu dəyişib”, - deyə qeyd edib.
ABŞ-ın beynəlxalq qanunlara əməl etməli olduğunu deyən İrani: “ABŞ böyük əhəmiyyət kəsb edən sularda niyə beynəlxalq qanunlara əməl etmədiyini ilk növbədə izah etməlidir. İran Hərbi Dəniz Qüvvələrinin ABŞ-a son xəbərdarlığı ondan ibarətdir ki, onlar bundan sonra bütün beynəlxalq qanunlara əməl etsinlər. Birləşmiş Ştatlar vacib dəniz yolunda qaydaları pozduqlarını izah etməlidir və İran Hərbi Dəniz Qüvvələrinin ABŞ-a son xəbərdarlığı bundan sonra bütün beynəlxalq qanunlara riayət ediləcək”, - deyə qeyd edib.
Tarix: 21-04-2023, 11:02
Xəbəri paylaş





Xəbər lenti