Rus təyyarəsi səhvən Belqoroda bomba atıb

Rus təyyarəsi səhvən Belqoroda bomba atıb

Bildirilib ki, Rusiyanın cənubunda, Ukrayna ilə sərhədə yaxın, Belqorod şəhərinin mərkəzində Rusiyaya məxsus "Su-34" qırıcısının döyüş sursatının düşməsi nəticəsində partlayış baş verib.

Bizimyol.info xəbər verir ki, Şəhərin mərkəzində baş verən partlayışla bağlı ilk açıqlamanı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov verib.
Partlayış nəticəsində şəhərin mərkəzindəki kəsişmədə 20 metr radiuslu böyük çuxur əmələ gəldiyini bildirən Qladkov ilkin məlumatlara görə nəqliyyat vasitələrinə ziyan dəydiyini bildirib.
Veilən məlumatlara görə, Qladkov daha sonra partlayış nəticəsində 2 nəfərin yaralandığını bildirib. Qubernator Qladkovun bəyanatından dərhal sonra Rusiya Müdafiə Nazirliyi partlayışla bağlı açıqlama verib.
Açıqlamada" “Hava və Kosmik Qüvvələrin "Su-34" təyyarəsinin 20 aprel 2023-cü il tarixində Moskva vaxtı ilə saat 22:15-də Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatları qeyri-adi şəkildə düşüb”, - deyə məlumat paylaşılıb.
Açıqlamada hadisədə yaşayış evlərinə ziyan dəydiyi və can itkisinin olmadığı, mövzu ilə bağlı birgə araşdırmanın davam etdiyi bildirilib. Hadisə ilə bağlı sosial mediada təyyarənin səsinin şəhərin mərkəzində eşidildiyini və qısa müddət sonra partlayışın baş verdiyini göstərən təhlükəsizlik kamerası görüntüsü yayılıb.
Tarix: 21-04-2023, 23:21
Xəbəri paylaş





Xəbər lenti