Latviya bütün “Stinger”ləri Ukraynaya verəcək

Nazir: "Latviyada ukraynalı əsgərlər üçün təlim proqramını davam etdiririk"
Latviya özündə qalan hava hücumundan müdafiə raketlərindən və onları buraxmaq üçün qurğulardan ibarət “Stinger” kompleksinin hamısını Ukraynaya verəcək.
AYNA xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri İnara Murnietse “Twitter“ səhifəsində yazıb.
“Bu gün “Ramştayn”dakı görüşdə mən elan etdim ki, Latviya “Stinger”lərin son partiyasını Ukraynaya köçürmək qərarına gəlib. Biz həmçinin Latviyada ukraynalı əsgərlər üçün təlim proqramını davam etdiririk”, - deyə Murnietse yazıb.
Latviya prezidenti Egils Levits bir müddət əvvəl bildirmişdi ki, NATO və Aİ ilk növbədə Ukraynaya lazım olan bütün silah sistemləri, o cümlədən döyüş təyyarələri ilə necə dəstək verəcəyini düşünməlidir.
Tarix: 22-04-2023, 09:55
Xəbəri paylaş





Xəbər lenti