Lavrovdan ŞOK AÇIQLAMA: "Rusiya tərəfi bunu bağışlamayacaq"


"Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unudacaq, nə də bağışlayacaq".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclaslarında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.
APA xəbər verir ki, bu barədə videonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yerləşdirib.
"Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq", - Lavrov deyib.
Onun sözlərinə görə, ABŞ rusiyalı jurnalistlərə viza verməməklə soyuqqanlılıq və axmaqlıq edib.



Tarix: 23-04-2023, 21:52
Xəbəri paylaş





Xəbər lenti