Ukrayna ordusu Rusiyanın sursat anbarını və artilleriyanın cəmləşdiyi iki ərazini vurub




Ukrayna Silahlı Qüvvələrinin artilleriyaçıları və raket bölmələri Rusiya ordusunun silah, texnika və canlı qüvvəsinin cəmləşdiyi dörd ərazini, o cümlədən logistika mərkəzini, sursat anbarını və artilleriyanın cəmləşdiyi iki ərazini vurub.

Siam.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının axşam məlumatında deyilir.

“Müdafiə Qüvvələrinin aviasiyası bir gündə düşmənin şəxsi heyətinin cəmləşdiyi ərazilərə üç zərbə endirib.”, - məlumatda bildirilib.
APA
Tarix: 1-05-2023, 08:39
Xəbəri paylaş





Xəbər lenti