7 milyon ukraynalı artıq yoxsulluq həddinə çatıb - Dünya Bankı


7 milyon ukraynalı artıq yoxsulluq həddinə çatıb - Dünya Bankı

2022-ci ildə Rusiyanın işğalı nəticəsində Ukraynada yoxsulluq səviyyəsi 5,5%-dən 24,2%-ə yüksəlib, nəticədə ərzaq, yanacaq, xidmətlər və s. görə, 7 milyondan çox insan yoxsulluq həddindən aşağı vəziyyətdə yaşamağa məkum olub.

Bizimyol.info xəbər verir ki, “The Guardian”ın Dünya Bankının hesabatına istinadən yazdığına görə, yoxsulluğun ən çox hiss olunan təsirləri kənd yerlərində qeydə alınıb, çünki şəhərlə kənd arasında böyük uçurum var.
2022-ci ilin sonunda qeyri-rəsmi işsizlik 36% və inflyasiyanın 26,6%-ə çatması ilə qurumun Şərqi Avropa üzrə regional direktoru Arup Banerji yoxsulluğun kəskin şəkildə arta biləcəyi barədə xəbərdarlıq edib.
İqtisadçı Yelena Bilan qeyd edib ki, beynəlxalq ictimaiyyətin maliyyə dəstəyi olmasaydı, vəziyyət daha da pis olardı. Onun sözlərinə görə, bu vəziyyətdə ən problemli olan insanların məşğulluğu məsələsidir.
“Biz ÜDM-də 30% azalma müşahidə edirik, çünki Ukrayna mallarının 80%-ni artıq çıxışı olmayan limanlar vasitəsilə ixrac edirdi. Bizdə inflyasiya 26% idi - yenə də, bundan da pisi ola bilərdi, amma insanların maaşları da dəyişməz qaldı, valyuta dollara nisbətdə 20% ucuzlaşdı", - deyə o bildirib.
2022-ci ilin aprelində Dünya Bankı Rusiyanın Ukraynaya təcavüzünün təsiri ilə cari il üçün qlobal iqtisadi artım proqnozunu təxminən tam faiz bəndi azaldıb 4,1%-dən 3,2%-ə endirib. Mayın 26-da Dünya Bankının prezidenti Devid Malpass bildirib ki, Ukraynadakı müharibə qlobal resessiyaya səbəb ola bilər.
Dünya Bankının proqnozuna görə, Ukraynada yoxsulluğun səviyyəsi on dəfə artacaq. Bildirilib ki, Ukrayna əhalisinin 25%-i 2022-ci ilin sonuna kimi yoxsulluq içində yaşayacaq, 2023-cü ilin sonuna isə bu rəqəm 55%-ə yüksələ bilər.
Tarix: 1-05-2023, 23:17
Xəbəri paylaş





Xəbər lenti