ABŞ Türkiyənin Rusiyadan aldığı S-400-ləri araşdırmaq istəyib


ABŞ Türkiyənin sahib olduğu S-400 zenit-raket sistemlərinə öyrənilməsi üçün giriş istəyib.
Yeniavaz.com
xəbər verir ki, bunu Türiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk”ə müsahibəsində deyib.
“ABŞ S-400-ləri araşdırmaq, öyrənmək üçün onlara giriş istəyib. Amma bizim üçün bu, qəbuledilməz idi, müstəqil siyasətimizə ziddir. Biz bundan imtina etdik”, - XİN rəhbəri bildirib.
Bundan başqa, Çavuşoğlu Türkiyənin Ukraynaya S-400 göndərilməsi ilə bağlı təkliflər aldığını bildirib:
“Biz belə təkliflər aldıq, lakin biz imtina etdik. Biz onları (havadan müdafiə sistemlərini) ehtiyaclarımız üçün almışıq”.
Qeyd edək ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 hava hücumundan müdafiə sistemlərinin dörd divizionunu alıb. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayevin ötən ilin avqustunda verdiyi məlumata görə, Türkiyəyə ikinci S-400 alayının tədarükü üçün müqavilə imzalanıb.
Tarix: 7-05-2023, 17:38
Xəbəri paylaş





Xəbər lenti