“Hara gedəcəyini biz müəyyənləşdirəcəyik...” - Kadırov Priqojinin qərarına qarşı çıxıb



Çeçenistan lideri Ramzan Kadırov “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinə Baxmutdakı vəzifəsini tərk etməməyi, silahlılarının gəlişini gözləməyi əmr edib.
“AzPolitika.info” xəbər verir ki, Kadırovun bu müraciətini rusiyalı jurnalist İlya Şepelin paylaşıb.
Kadırov Priqojinə hazırkı mövqelərini qorumağı tapşırıb: “Biz çatana qədər siz müdafiədə olacaqsınız. Biz irəliləməyə başladıqdan sonra hara gedəcəyinizi müəyyənləşdirəcəyik. Biz bu gedişatı dəyişməliyik. Sənin barəndə həmişə deyirdilər ki, “kişi qaydaları” ilə yaşayırsan. Ona görə də sən bunu etməlisən”.
Videonun sonunda Çeçenistan rəhbəri bir daha Priqojini Baxmutdakı mövqelərini tərk etməməyə çağırıb: “Əgər siz bizimlə qalsanız, söz verirəm ki, biz daha çoxunu verəcəyik, bugünkündən daha yaxşı şərait yaradacağıq və hər şeyin yüksək səviyyədə olmasına çalışacağıq”.
Tarix: 8-05-2023, 14:59
Xəbəri paylaş





Xəbər lenti