Ukrayna Ali Baş Komandanı NATO rəsmiləri ilə danışıqlardan imtina edib

Ukrayna Ali Baş Komandanı NATO rəsmiləri ilə danışıqlardan imtina edib
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “gərgin vəziyyətə görə” NATO Baş Qərargahının rəisləri ilə danışıqlardan imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Dünən mən Ukrayna komandanı Zalujnıdan məktub aldım, o, yerdəki gərgin əməliyyat şəraitinə görə NATO Hərbi Komitəsinin iclasında hətta videokonfrans formatında da iştirak edə bilməyəcəyini bildirdi", - NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
Tarix: 10-05-2023, 13:26
Xəbəri paylaş





Xəbər lenti