Şolts Putinin dünən hərbi paraddakı çıxışına kəskin cavab verdi və ona xəbərdarlıq etdi...

Şolts Putinin dünən hərbi paraddakı çıxışına kəskin cavab verdi və ona xəbərdarlıq etdi...
"Keçmiş gələcək üzərində zəfər çalmayacaq..."
 
"Ukraynada müharibə, sadəcə, qonşu ölkəyə deyil, Avropa İttifaqının əsaslandığı dəyərlər və prinsiplərə hücumdur..."
 
Rusiya prezidenti Vladimir Putin yenidən Moskvada Qələbə paradında Qərbin Rusiyaya qarşı "törətdiyi" müharibə haqqında bəyan edib. Bu "qılınc oynatmanın" növbəti nümunəsidir. 
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Avropa Parlamentində çıxışı zamanı bəyan edib. 
 
Onun sözlərinə görə, heç kim Avropada güclünün hüququnun hökm sürdüyü, balaca ölkələrin böyük ölkələrə xidmət göstərdiyi zamanlara dönüşü arzu etmir.
 
Şolts Putini "böyükdövlətçilik davranışında" ittiham edib və ona xəbərdarlıq edib: 
 
"Gələcək milli şöhrəti arzu edən təftişçilərə və imperiya hakimiyyəti üçün alışıb yananlara məxsus deyil, keçmiş gələcək üzərində zəfər çalmayacaq". 
 
Kansler vurğulayıb ki, Ukraynada müharibə, sadəcə, qonşu ölkəyə deyil, Avropa İttifaqınin əsaslandığı "dəyərlər və prinsiplərə hücum olub".
 
"Biz Ukraynaya tələb olunana qədər dəstəyimizi əzmlə davam etdirəcəyik! Ukraynalılar hazırda öz güclü qonşu dövlətin ağılsızlığına görə öz həyatlarını qurban verir", - Şolts deyib.
 
O, əlavə edib ki, Avropa İttifaqına fəal xarici siyasət və genişlənmə lazımdır.
 
"Biz Qərbi Balkan dövlətləri, Ukrayna, Moldova, perspektivdə Gürcüstan vətəndaşlarına demişik: siz bizə aidsiniz. Biz istəyirik ki, siz Avropa İttifaqınin bir hissəsi olasınız", - kansler bəyan edib.
 
Şolts həmçinin xatırladıb ki, Avropa İttifaqı hazırda Rusiyaya qarşı yeni,11-ci sanksiyalar paketi üzərində işləyir və bu, sonuncu olmayacaq.

Tarix: 10-05-2023, 22:05
Xəbəri paylaş





Xəbər lenti