Rusiya bu şəhərə "Smerç"lə zərbə endirdi


Rusiya hərbçiləri Donetsk vilayətinin Toretsk şəhərinə raket zərbəsi endirib, nəticədə 9 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.
O bildirib ki, ruslar yaşayış sahəsini “Smerç”lə hədəf alıblar:
“Üç ev tamamən dağılıb, yerli sakinlər yaralanıb. Yaralılara təcili tibbi yardım göstərilib, onlardan birinin vəziyyəti ağır olaraq qalır”
Tarix: 11-05-2023, 22:36
Xəbəri paylaş





Xəbər lenti