Dəyəri 1 milyard dollardan çox olan Avropa malları Rusiyada "yoxa çıxıb"... – “Kabus ticarəti” necə aparılır?



2022-ci ildə Avropa İttifaqı ölkələrindən Ermənistan, Qazaxıstan və Qırğızıstana göndərilən dəyəri bir milyard dollardan çox olan mallar Rusiya ərazisindən tranzit keçərkən “yoxa çıxıb”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Times” xəbər verir. Nəşr vəziyyəti “kabus ticarəti” adlandırır.
Açıq məlumatlara görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladıqdan sonra tranzit bəhanəsi ilə Aİ ölkələrindən Rusiyaya iki milyard dollarlıq mal idxal edilib. Bununla yanaşı, Aİ-dən Rusiyaya “kabus ticarətinin” faktiki həcmi xeyli çoxdur.
Avropa mallarının, o cümlədən hərbi sənayedə istifadə oluna bilən sanksiyalar altında ikili təyinatlı məhsulların alıcıları Ermənistan, Qazaxıstan və Qırğızıstan şirkətləri olub.

Rusiya AB gömrük bəyannamələrində saxta istiqamətlər qeyd etməklə sanksiyalardan yan keçə bilib. Belə ki, Rusiyaya ixracı qadağan edilən təyyarə komponentləri, optik avadanlıq və qaz turbinləri kimi mallar yalnız Rusiya ərazisində tranzit olması bəhanəsi ilə Avropa İttifaqından ölkəyə birbaşa daxil olub.
"Onlar başqa hara gedə bilərdilər? Niyə bu ölkələrin birdən-birə bu mallara ehtiyacı oldu? Regionda bu mallara ən çox kim lazımdır? Aydındır ki, Rusiya", - Estoniyanın sanksiyalar naziri Erki Kodar bildirib.
Nəşr bildirir ki, bu cür ixracın qeyri-mütənasib böyük hissəsi Baltikyanı ölkələrdən Rusiyaya gedir.
Tarix: 11-05-2023, 22:53
Xəbəri paylaş





Xəbər lenti