"Bir-iki "Storm Shadow" raketi Krım körpüsünü göyə sovuracaq" - EKSPERT RƏYİ


"Bu raket 250 km məsafədə hədəfləri məhv etməyə qadirdir və Amerikanın ATAMCS raketlərindən çox az geridə qalır..."
"Storm Shadow" raketi USQ-nin silahlanmasında olan "Harpoon" raketləri kimi istifadə edilə bilər..."

Böyük Britaniya Ukraynaya "müəyyən sayda" uzaqmənzilli "Storm Shadow" qanadlı raket verərək Rusiya quşunlarına qarşı gözlənilən əkshücum ərəfəsində Ukrayna Silahll Qüvvələrini gücləndirib.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
"Storm Shadow" Böyük Britaniya və Fransanın birgə işləyib hazırladığı, adətən, havadan buraxılan uzaqmənzilli qanadılı raketdir.
O, 250 km-dən artıq məsafədə hədəfləri məhv etməyə qadirdir və bu komponentdə Amerikanın Ukraynanın çoxdan istədiyi "yer-yer", sinfindən olan ATACMS raketlərindən çox az geridə qalır.
Qərb məmuru CNN-ə məlumat verib ki, Böyük Britaniya Ukrayna hökumətindən bu raketlərdən Rusiyanın ərazisinə deyil, yalnız Ukraynanın suveren ərazisində istifadə ediləcəyinə zəmanət alıb. 
Qeyd etmək lazımdır ki, Qərbin digər ölkələri kimi, Böyük Britaniya da Krımı Rusiyanın ərazisi hesab etmir.
"Storm Shadow" raketi məsafə nöqteyi-nəzərdən oyun qaydalarını dəyişir",- bunu CNN jurnalistlərinə ABŞ-ın yüksək vəzifəli hərbi nümayəndəsi deyib və qeyd edib ki, Kiyev müharibənin əvvəlindən istədiyi imkanları əldə edir.
Hal-hazırda ABŞ-ın Ukraynaya verdiyi silahın uçuş məsafəsi təxminən 80 km təşkil edir. 
Raketlərin yerləşdirilməsi o zaman baş verəcək ki, Ukrayna qüvvələri ölkənin Kreml tərəfindən zəbt olunmuş şərq və cənub hissələrinin azad edilməsinə yönələn əkshücumuna başlayacaq, CNN qeyd edir. 
Hərbi ekspert, USQ-nin ehtiyatda olan polkovniki və təlimatçı-təyyarəçisi Roman Svitan "24 kanal"ın efirində deyib ki, "Storm Shadow" kifayət qədər yüksək dəqiqli silahdır və Ukrayna ordusunun hücum qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməyə qadirdir.
"Bu raketlər haqqında yarım ildən çoxdur eşidirik, hərçənd, onlar üzərində çoxdan işləməli idik. Onların kifayət qədər asan idarəetmə sistemi var.
Bu raket aviasiya mənzillidir. Bəzi hallarda dəniz mənzilli start meydançalarından buraxıla bilər. O, həmçinin USQ-in çoxdan silahlanmasında olan "Harpoon" raketləri kimi istifadə edilə bilər", - Svitan məlumat verib. 
O, əlavə edib ki, 3-4 "Storm Shadow" raketi Krım körpüsünü dağıtmaq qabiliyyətinə malikdir. Bunun üçün onlarla raketə ehtiyac yoxdur, çünki "Storm Shadow" raketinin döyüş hissəsi belə obyekti əhəmiyyətli dərəcədə zədələmək üçün kifayətdir.
Tarix: 12-05-2023, 22:47
Xəbəri paylaş





Xəbər lenti