“Kinjal” “Patriot”-a qarşı... - Rusların tərifli raketi necə vurulub?

“Kinjal” “Patriot”-a qarşı... - Rusların tərifli raketi necə vurulub?

Məlum olduğu kimi, ötən həftə Ukrayna səmasında ilk dəfə Rusiyanın fəxrlə reklam etdiyi “Kinjal” raketi vurulub. Rusiya tərəfi bunu inkar etsə də, Ukrayna rəsmən rusların “hipersəsli” adlandırdığı raketi məhv etdiyini bəyan edib və onun qalıqlarını nümayiş etdirib. Eynilə də Qərb mənbələri “Kinjal”-n vurulduğunu təsdiqləyiblər.
“CNN” Rusiyanın səsdən sürətli olduğunu iddia etdiyi “Kinjal”-ın vurulmasıyla bağlı bəzi detalları açıqlayıb. Xəbərdə qeyd olunur ki, “Kinjal”-ın hədəfi ABŞ-ın Ukraynaya verdiyi “Patriot” Hava Hücumundan Müdafiə Sistemi olub. Ruslar Kiyevin səmasını qoruyan və şəhərin kənarında yerləşən “Patriot”-u “Kinjal”-la vurmaq istəyiblər. Lakin istədiklərinin əksi baş verib və “Patriot” sistemi onu hədəf alan raketi vurub.
“CNN” yazır ki, mayın 4-nə keçən gecə baş verən bu hadisədən əvvəl ruslar “Patriot”-un radarının verdiyi özünəməxsus siqnalları tutmağa müvəffəq olaraq, onun yerini təxmini də olsa müəyyən edə biliblər. Lakin hədəfi vurmağa nail ola bilməyiblər. ABŞ hərbi rəhbərliyindəki mənbələrə istinad edən “CNN” yazır ki, ukraynalı hərbçilər “Patriot”-dan müxtəlif bucaqlar altında bir neçə raket buraxıblar və “Kinjal”-ı öz hgədəfinə çatmadan vurmağa müvəffəq olublar.
Xatırladaq ki, bundan öncə “Kinjal”-la öyünən Rusiya hərbi-siyasi rəhbərliyi məhdud sayda olan bu raketləri vurmağın mümkün olmadığını iddia edirdilər.
AzPolitika.info
Tarix: 13-05-2023, 12:18
Xəbəri paylaş





Xəbər lenti