“İkinci turda mütləq qalib gələcəyik” - Kılıçdaroğlu


“Bütün böhtanlarına baxmayaraq, Ərdoğan istədiyi nəticəni ala bilmədi. Heç kim bir “oldu, bitti” ilə həvəslənməsin. Seçki balkonda qazanılmır. Məlumatlar hazırda axmağa davam edir. Millətimiz ikinci tur deyirsə, başımız üstünə”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Millət” alyansının namizədi və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu vitse-prezidentliyə namizədlərlə birlikdə verdiyi açıqlamada deyib.
“Bu seçkidə ikinci turda mütləq qalib gələcəyik. Bunu hamı görəcək. Müvəqqəti nəticələr göstərdi ki, Ərdoğan cəmiyyətdən gözlədiyi etimad səsini ala bilməyib.
Cəmiyyətdə dəyişiklik tələbi 50 faizdən çoxdur. AK Partiyadakı səs itkisi də bunu göstərir.
Önümüzdəki 15 gün ərzində Türkiyə üçün millətimizlə birlikdə bu ölkəyə haqqı, qanunu və ədaləti gətirmək üçün əlimizdən gələni edəcəyik.
Xalqımız əmin olacaq, biz mütləq qalib gələcəyik və bu ölkəyə demokratiya gətirəcəyik”, - Kılıçdaroğlu qeyd edib.
Tarix: 15-05-2023, 10:12
Xəbəri paylaş





Xəbər lenti