Rus ordusu ZAES-də müdafiəni gücləndirir, həm də geri çəkilmə yolları hazırlayır - "Reuters"

Rus ordusu ZAES-də müdafiəni gücləndirir, həm də geri çəkilmə yollar hazırlayır - "Reuters"Zaporojye AES

Şahidlərin bildirdiyinə görə, son həftələrdə Rusiya işğalçı qoşunları Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) ərazisində müdafiə mövqelərini gücləndirir. Ruslar Ukrayna Silahlı Qüvvələrinin bölgədə əks-hücuma başlayacağını gözləyirlər.

Bizimyol.info xəbər verir ki. "Reuters"in verdiyi məlumata görə, şəhərin ətrafında yeni xəndəklər qazılıb və daha çox mina döşənib. Stansiyadakı müşahidə kameraları su anbarından şimala, Ukraynanın nəzarətində olan əraziyə doğru yönəlib.
Ruslar artıq bir neçə aydır ki, stansiyanın bəzi binalarında atəş mövqeləri qurublar. Ola bilsin ki, orada dronlarla mübarizə aparmaq üçün şəbəkələr də qurulub.
Elektrik stansiyasında işləyən iki ukraynalı və Enerqodar şəhərinin digər iki sakini tərəfindən təsvir edilən tədbirlər müharibənin stansiyanın təhlükəsizliyinə yaratdığı riskləri vurğulayıb. Mənbələr Rusiyanın işğalı altında olan şəhərdə təhlükəsizliklərindən qorxaraq anonimlik şərti ilə danışıblar.
Rusiyanın dövlət nüvə enerji şirkəti "Rosatom" bildirib ki, Ukraynanın hər hansı mümkün hərbi əməliyyatı nüvə təhlükəsizliyinə təhdid yaradır və stansiyanın avadanlıqlarına lazımi qaydada qulluq edilir.
Bəzi nüvə sənayesi mütəxəssisləri təşviş içində olduqlarını və stansiyaya vurulan hər hansı zərərin insanlar, ətraf ərazi, müharibə və qlobal nüvə sənayesi üçün dəhşətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq etdilər.
"Nüvə reaktorları müharibə zonaları üçün nəzərdə tutulmayıb və onların müharibə zonasında təhlükəsiz və ya etibarlı ola biləcəyinə inanmıram", - deyə "Nüvə Təhdidi Təşəbbüsü" analitik mərkəzinin direktoru Nikolas Rot bildirib.
Ukraynanın “Enerqoatom” nüvə enerjisi agentliyinin rəhbəri Petr Kotin bildirib ki, o, Ukrayna qüvvələrinin əraziyə birbaşa hücum edəcəyinə inanmır və əvəzində təchizat xətlərini kəsərək rusları geri çəkilməyə məcbur edə bilər.
Lakin beynəlxalq ictimaiyyət Avropanın ən böyük altı reaktorlu atom elektrik stansiyasının döyüşlərə cəlb oluna biləcəyindən narahatdır, xüsusən də hərbi analitiklər Ukraynanın Zaporojye bölgəsində rus qoşunlarını geri çəkməyə cəhd edəcəyini gözlədiyi bir vaxtda.
Tarix: 19-05-2023, 22:46
Xəbəri paylaş





Xəbər lenti